Nazirlər Kabineti «Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının» təsdiq edilməsi haqqında qərar layihəsi hazırlayıb. FED.az xatırladır ki, Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliyə əsasən, qeyri-neft və qeyri-dövlət sektoru istisna olmaqla, digər sahələrdə çalışanlar əmək haqqı vergisindən azad edilirlər. Daha dəqiqi 8 min manatadək aylıq əmək haqqı olanlar bu vergidən azad ediləcək.
Vergi Məcəlləsinə dəyişikliklərin tətbiqi ilə bağlı dövlət başçısının fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, 1 ay müddətində bu güzəştlə bağlı meyarları təsdiqləsin. Hələlik meyarların müəyyən edilməsi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Bunnula yanaşı, FED.az həmin qərarın və meyarların layihə variantını əldə edib.
Qərar layihəsinə görə, neft qaz sahəsinə aid ediləcək müəssisələr aşağıdakılardır: Dövlət Neft şirkəti və onun müssisələri, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və bu qəbildən olan sazişlər üzrə podratçılar, eləcə də onlara xidmət göstərən yerli və xarici podratçılar.
Bundan başqa, dövriyyəsində yuxarıda adı çəkilən sahələrə xidmətlə bağlı işlər 50%-dən artıq olan müəssisə və təşkilatlar da neft-qaz sektoruna aid ediləcəklər.
Hər hansı şirkət il ərzində müəyyən dövrdə neft-qaz sektorunu xidmət göstəribsə, həmin aylar üzrə əmək haqqı vergisinə güzəştləri itirir.
Qərar layihəsində dövlət və qeyri-dövlət sektoru bölgüsü də dəqiqləşib. Layihəyə görə, səhmlərin və payların 50%-dən çoxu dövlətə aid olan təşkilatlar istisna olmaqla bütün təşkilatlar qeyri-dövlət təşkilatlar sayılır.