Ən doğru qərar düşünülmüş qərardır. Ən vacib olan məqam, 24 saat ərzində öz versiyanı irəli sürmək və ümumi razılıqla hərəkət etməkdir. Fəaliyyətin kommunikasiya strategiyası əsasında qurulması isə böhran vəziyyətinin əsas tələblərindəndir.
FED.az bu dəfə yaranmış problemə görə üzr istəməyə üzü gəlməyən və ya bunu özünə sığışdırmayan şirkət menecerlərinə biznes tarixinə istinadən tövsiyyə xarakterli hadisələri təqdim edir.
İdarəetmə formasının ən uğurlu nümunəsi “JetBlue” tərəfindən göstərilib. 2007-ci ildə qarlı hava şəraiti səbəbilə bu şirkət tərəfindən uçuşlar bir neçə günlük təxirə salınmışdı. Şirkətin meneceri David Nileman məsələ ilə bağlı açıqlama verərkən həva şəraitini bəhanə gətirmədən, bir növ səhvi şirkət olaraq öz üzrilərinə götürərək müştərilərindən üzr istəmişdi. Nileman sərnişinlərə hüquqlarını izah etmək və üzrxahlığı daha geniş şəkildə çatdırmaq üçün bütün mümkün kanallardan (YouTube-dan, televiziyadan) istifadə etmişdi.
Təəccüblü deyil ki, “JetBlue” şirkəti kiçik, büdcədən maliyyələşən və aviabiznes sahəsində çox gənc olmasına baxmayaraq, istifadəçi sorğularına görə, ABŞ-ın ən məşhur avia şirkətləri sırasında liderdir.
Müşahidəçilər də belə düşünür ki, çətin vəziyyətlərdə özünüidarəetmə funksiyalarını və şirkət ləyaqətini itirməyənlər, eyni zamanda prosesi nəzarətdə saxlaya bilənlər biznes qalibi ola bilərlər.
Bilməmək ayıb deyil, üzr istəmək də... – BİZNES KEYS 3
16:25
13 Mart 2018