“Boston Consulting Group” MMC-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28/30 ünvanına bildirə bilərlər.
Şirkətin Azərbaycandakı qanuni təmsilçisi Vladislav Voronovdur.
Şirkətdən FED.az saytına bildirilib ki, Azərbaycanda 2022-ci ildə fəaliyyətini dayandıran “Boston Consulting Group” MMC-nin filialı formal olaraq bağlanır. Sözügedən filial bağlansa belə qlobal şirkət olan Boston Consulting Group-un Bakıdakı ofisi fəaliyyətini davam etdirir.
Xəzər regionunda uzunmüddətli inkişaf strategiyasını davam etdirən Boston Consulting Group (BCG) 2022-ci ildə Bakıda yeni ofis açdı. 2022-ci ildən etibarən ofisin həcmi iki dəfədən çox artaraq istedadlı Azərbaycan vətəndaşları üçün karyera imkanları təmin edib.
BCG hər bir müştərinin ehtiyaclarına uyğunlaşdırılmış kompleks biznes transformasiya strategiyaları təqdim edərək Azərbaycan iqtisadiyyatının bütün sektorlarında şirkətlərlə işləyir.