25 noyabr 2025-ci il saat 11.00-da “Bərdə İnşaat Sənaye” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın Bərdə şəhəri, Heydər Əliyev prospekti 122 nömrəli ünvanda keçirilməsi nəzərdə tutulur.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdar cəmiyyətin 2024-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
2. Mənfəət və zərərin bölüşdürülməsi.
3. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu – 050-403-99-58.