“Bazarstore” supermarketlər şəbəkəsinin “28 Mall” ticarət mərkəzində yerləşən filialının bağlandığı bildirilir.
Eləcə də bax: Supermarket bazarında rəqabət qızışır – DAHA 5 MARKET
FED.az xəbər verir ki, şəbəkə əməkdaşlarından birinə istinadən məlumata görə, artıq “Bazarstore”un ticarət mərkəzindəki filialında piştaxtaların yığışdırılmasına başlanılıb. Yaxın günlərdə “Bazarstore”un həmin filialı tamamilə boşaldılacaq. Belə ki, “Bazarstore” ilə “28 Mall” arasındakı müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixində başa çatır.
Eləcə də bax: “Xeyr, onlara aid deyilik... Bəli, bizə aiddir” – BU ŞİRKƏT KİMİNDİR?
“Bazarstore”un “28 Mall”dakı yerini “BRAVO Supermarket”in tutacağı bildirilir.
Qeyd edək ki, “Bazarstore” mağazalar şəbəkəsi “Azersun Holding” MMC-yə daxildir. 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir.
Eləcə də bax: “Bravo”nun müdir müavinini döydülər
Mənbə: Foodinfo