Martın ikinci dekadasında Bakıda Azərbaycan-İspaniya biznes forumu keçiriləcək.
Bu barədə FED.az-a Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
Tədbir İspaniyanın Ticari-iqtisadi ofisi və Kənd Təsərrüfatı Məhsullarının İstehsalçıları Assosiasiyasının (AGRAGEX) ticarət missiyası çərçivəsində təşkil olunub.
Missiyanın əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı və aqrar-sənaye sektorlarında biznes imkanlarını araşdırmaqdır. İspaniya şirkətləri Azərbaycan bazarına daxil olmaq və ya iştiraklarını genişləndirmək imkanı əldə edəcəklər ki, bu da ölkələr arasında əməkdaşlığın inkişafına və işgüzar əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Missiyaya suvarma, istixana təsərrüfatı, bitki və heyvanların qidalanması və sağlamlığı, bitkilərin mühafizəsi vasitələri və digər əlaqəli sahələrdə fəaliyyət göstərən şirkətlər daxil olacaq.