10 mart 2026-cı il tarixində saat 11:00-da “Bakı İstilik İzolyasiya” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Nəvai küçəsi 17 ünvanında olacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi;
Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilərək ASC-dən QSC-yə çevrilməsi;
Yeni nizamnamənin təsdiqi;
Təşkilati məsələlər: müşahidə şurası, idarə heyəti və səlahiyyətli şəxsin seçilməsi;
Digər məsələlər.
Bildirək ki, bu şirkət 30 aprel 1998-ci tarixində dölət qeydiyyatına alınıb, 44 min 830 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi isə Adil Məmmədov Məmməd oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai, ev 17-dir.











