20 iyun 2024-cü il tarixində saat 12:00-da “Bakı-Əyrici-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2023-cü il üçün idarə heyətinin, maliyyə-təftiş Komissiyasının, cəmiyyətin illik balansının və auditor hesabatlarının təsdiq edilməsi;
2. Təşkilati məsələr Səhmdar Cəmiyyətinin Müşahidə şurasının, İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibinin seçilməsi;
3. Dividendlərin verilməsi haqqında.
Əlavə, Səhmdarlardan xahiş olunur ki, dividendlərin verilməsi üçün bank hesablarını və şəxsiyyət vəsiqəsinin sürəti mühasibatlığa təqdim etsinlər.
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 40 ünvanında baş tutacaq.-
Əlaqə telefonu: 496-06-71
Qeyd edək ki, “Bakı-Əyrici-Toxucu” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 597 654 manatdır və qanuni təmsilçisi İslam Məmmədovdur.