29 dekabr 2025-ci il tarixdə, saat 15:00-da. “Bakı Avtomobil Sənaye” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 4, “Bakı Avtomobil Sənaye”ASC-nin inzibati binasında olacaq.
1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Bakı Avtomobil Sənaye” ASC-nin 2024-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
3. “Bakı Avtomobil Sənaye” ASC-nin fəaliyyətinin dəyərləndirilməsi və ya cəmiyyətin ləğv edilməsi barədə qərarın (Ləğvetmə komissiyası (və ya təsviyəçi) yaradılmaqla) qəbul edilməsi;
4. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
5. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq.
Əlaqə telefonu: (050) 224-90-43













