30 yanvar 2025-ci il, saat 10:00-da “Bakı Ağac Emalı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 40 b ünvanında yerləşən “Sky” Hotelin 6-cı mərtəbəsində baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edillməsi;
3. Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırilması;
4. Cəmiyyətin yerləşdiyi dövlət mülkiyyətində qalan torpaq sahəsinin icarəyə götürülməsi və ya özəlləşdirilməsi məsələsinin müzakirəsi;
5. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (070) 3569776