Bu ilin oktyabr ayından etibarən Azərbaycana alıcı missiyaları təşkil olunacaq.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Yusif Abdullayev deyib.
Eləcə də bax: Moskvadakı məşhur sərgidə Azərbaycanı - 40 ŞİRKƏT TƏMSİL EDİR
Onun sözlərinə görə, 22-25 oktyabr tarixləri arasında Rusiyadan alıcı missiyasının təşkili nəzərdə tutulur.
"Eyni zamanda burada daha çox qida məhsulları, spirtli içkilər, şərab alışı ilə məşğul olan distributorların, Rusiya idxalçılarının Azərbaycana gəlişi nəzərdə tutulur. Bu çərçivədə bir neçə görüşlər keçiriləcək", - deyə Y.Abdullayev qeyd edib.
Azpromo-nun rəsmisi əlavə edib ki, qeyd olunan müddət ərzində bir neçə ölkədən – Gürcüstan, Rusiya, Özbəkistan, İrandan alıcıların gəlişi nəzərdə tutulur. Bu da tikinti və sənaye məhsullarına həsr olunan alıcı missiyası olacaq.
"Noyabr ayının sonunda 3-cü alıcı missiyası çərçivəsində Almaniya və Polşadan alıcıların gəlişi nəzərdə tutulur. Burada daha çox kənd təsərrüfatı məhsullarının alıcılarının gəlişi nəzərdə tutulur", - deyə Y.Abdullayev əlavə edib.
Apa