"Caspian Energy Club" şirkəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliy (KOBİA) və "Times Consulting" şirkətinin tərəfdaşlığı ilə ikinci "CEO Award Azerbaijan" milli müsabiqəsinə start verir.
FED.az xəbər verir ki, "CEO Award Azerbaijan" milli müsabiqəsinin qalibləri 14 fevral – 5 mart tarixləri arasında müstəqil beynəlxalq platformada keçiriləcək onlayn səsvermə nəticəsində müəyyənləşdiriləcək. Səsvermənin nəticələri 10 mart tarixində açıqlanacaq.
Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin top-menecerləri iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyənlər www.ceo.award.az saytında qeydiyyatdan keçə bilərlər.