Azərbaycanda bütün növ bina və tikililərin havalandırma, isitmə-soyutma (kondisioner), çiller və qazanxana sistemlərin layihələndirilməsi və quraşdırılması ilə məşğul olan, hüquqi ünvanı Binəqədi rayonu, M.Rəsulzadə ştq, Ağa Nemətulla (Rəsulzadə qəs) ev 44 a-da yerləşən “Azklima Service” MMC-nin dövlətə küllü miqadarda borcu yaranıb.
FED.az biznes xəbər portalı Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 10 noyabr 2021-ci ildə 100 manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınan (VÖEN: 1007291771), “Azklima Service” MMC-nin 14 oktyabr 2024-cü il tarixinə 41 942.58 manat həcmində vergi borcu yaranıb.
FED.az xəbər verir ki, şirkətin qanuni təmsilçisi - direktoru Əkbərli Hasil Əbülfət oğludur.
Qeyd edək ki, vergi borcu məbləği 50 min manatdan çox olduqda isə artıq bununla Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi məşğul olur.
Xatırladaq ki, “Azklima Service” MMC “LOR Hospital”, “Referance Hospital”, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, M.Ə. Mirqasımov adına Respublika Klink Xəstəxanası, “Bakı Sağlamlıq Mərkəzi” və “American Hospital”ın sifarişləri əsasında işlər görüb.