Bu ilin yanvar-iyul aylarında Azexport.az portalına 374,5 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
Eləcə də bax: Azexport-a sifarişlər - 10%-dən Çox Artıb
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 7 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 8% artıb.
“2020-ci ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 55 mln. dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 26,4% artıb”, - deyə N. Hacızadə qeyd edib.
O, əlavə edib ki, cari ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı və pambıq yağı, fındıq ləpəsi, pomidor, tütün, toyuq əti, alma, toyuq yumurtası, quru süd, qənnadı məhsulu, şərab, tikinti materialı, mühərrik yağı, kosmetik vasitə, sarımsaq, nar şirəsi, uşaq bezi, Naftalan yağı və s. mallara daxil olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 iyul tarixinə kimi (43 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 959,3 milyon dolları təşkil edib. (Apa