“Azərsun Holdinq”in rəhbəri, iş adamı Abdolbari Goozal qələbə uğrunda rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrimizin Yardım Fonduna 1 milyon manat ianə edib.
«Azərsun»un sahibi: «Pencəyimi də satmalı olsam, maaşları ləngitmərəm»
FED.az xəbər verir ki, iş adamı Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazdığını bildirib. Abdolbari Goozal rəhbərlik etdiyi “Azərsun Holdinq” tərəfindən hər zaman olduğu kimi ölkəmizdə ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi üçün gərəkən hər şeyin ediləcəyini bildirib.
O, Şirkətlər Qrupu nəzdində olan bütün müəssisələrin, texnika parklarının, avadanlıqların hər an Ali Baş Komandanın əmrində və ordumuzun xidmətində olduğunu qeyd edib.