26.04.2024-cü il tarixində "Şıxlar Broyler" ASC-nin növbədənkənar iclası keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdə olan məsələlər aşağıdakılardır:
1. "Şıxlar Broyler" ASC-nin sədrinin seçilməsi.
2. Səlahiyyətli şəxsin təyin edilməsi.
Yığıncaq Masallı rayonu, Şıxlar kəndi ünvanında keçiriləcəkdir.
Qeyd edək ki, 279 min 610 manat nizamnamə kapitalı olan "Şıxlar Broyler" ASC 20 aprel 1998-ci ildə yaradılıb, qanuni təmsilçisi Cəfərov Xaliq Yəhya oğludur.