Fevralın 19-da vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Nazirlikdən FED.az-a verilən məlumata görə, görüşdə Dünya Bankının Azərbaycanın vergi islahatları prosesinə dəstəyi və bu sahədə texniki yardımın göstərilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edilib ki, Dünya Bankının texniki dəstək göstərə biləcəyi sahələrin müəyyənləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə müzakirələr və dəyərləndirilmələr aparılıb. Belə sahələr sırasında vergi güzəştləri və azadolmaların monitorinqinə dəstək, onların səmərəliliyinin qiymətləndirilməsi, transfer qiymətləri və BEPS (vergitutma bazasının azaldılması və mənfəətin başqa ərazilərə köçürülməsi ilə mübarizə üzrə tədbirlər planı) tədbirlərinin icrası sahəsində Vergilər Nazirliyinin əməkdaşlarının bacarıqlarının artırılması və potensialının gücləndirilməsi, habelə vergi siyasətinin təhlilinə dəstəyin göstərilməsi kimi istiqamətlərə xüsusi diqqət yetiriləcəyi vurğulanıb.
Dünya Bankının nümayəndələri bildiribki, bank Vergilər Nazirliyinin hazırladığı və Strateji Yol Xəritəsinin dəstəklənməsi məqsədi daşıyan Fəaliyyət Planını ətraflı təhlil edib və qarşıdakı 2 il ərzində əməkdaşlıq sahələrini də müəyyən edib.
Azərbaycandan ofşorlara qaçanlarla mübarizə bağlayır - GÖRÜŞ

18:52
20 Fev 2018