27 iyun 2025-ci il saat 11.00-da “İnşaat Konstruksiyaları Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 2 nömrəli ünvanda baş tutacaq.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. ASC-nin 2024-cü il üzrə maliyyə- təsərrüfat fəaliyyətinə aid hesabatın müzakirəsi və təsdiqi.
2. ASC-nin gəlirlə işləməməsinin səbəblərinin araşdırılması, yeni maliyyə mənbələrinin cəlb edilməsi.
3. Digər məsələlər.