Azərbaycanda şirkət yaradan xarici ölkə vətəndaşlarının sayı artmaqdadır. Vergilər Nazirliyindən FED.az-a verilən məlumata görə, son bir hftədə xaricilərin təsisçiliyi ilə ölkədə 24 şirkət qeydiyyatdan keçib.
Bu sahədə ən böyük aktivliyi İran vətəndaşları nümayiş etdirirö Belə ki, 23 xarici şireətdən 7-sini İran vətəndaşları təsis ediblər. Müşahidələr göstərir ki, İran investorları daha çox xidmət və aqrar sektora maraq göstərirlər.
Sonrakı pilləni Pakistan və Madaqaskar investorları paylaşır. Siyahıda Pakistandan 4, Madaqaskardan da 4 yeni şirkətin adına rast gəlmək olur. Qeydiyyata alınan hüquqi şəxslər arasında Hindistan 3, Rusiya və Türkiyə 2, Sudan və Çinin hərəsinə 1 şirkət yer alıb.
Azərbaycanda yeni 24 xarici şirkət yaradıldı - SİYAHI
11:44
19 Okt 2018