31.10.2025-ci il tarixdə "Yevlax-Yun" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi Yevlax şəhəri, H.Əliyev prospekti 101 ünvanında saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir:
FED.az xəbər verir ki, Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Cəmiyyətin əmlakının özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi.
2.Təşkilati məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla 21.10.2025-ci il tarixdən 23.10.2025-ci il tarixədək hər gün saat 11:00-dan 13:00-dək "Yevlax Yun" ASC-nin yerləşdiyi Yevlax şəhəri, H.Əliyev prospekti 101 ünvanında tanış olmaq olar.
Qeyd edək ki, "Yevlax-Yun" 11sentyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 286 min 895,52 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Eyvaz Məhəmməd oğludur. Şirkətin ödənilməmiş 238 min 296 manat vergi borcu var.













