"Zarat Taxıl” MMC-nin nizamnamə kapitalını kəskin azaldır.
FED.az xəbər verir ki, şirkətin ümumilikdə 1 546 985 (bir milyon beş yüz qırx altı min doqquz yüz səksən beş) manata bərabər tutulan daşınar əmlak (istehsal vasitələri, avadanlıqlar, qurğular, təsərrüfat avadanlıqları ehtiyyat hissələr və s.) natura şəklində müəyyən olmaqla “Zarat Yem Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalından geri götürüldüyü üçün onun nizamnamə kapitalı 1000 (bir min) manat pul vəsaiti olaraq təşkil edəcək.
Qeyd edək ki, "Zarat Taxıl" MMC 16 aprel 2021-cü il-də dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Camal Əliyev Ərşad oğludur.
"Zarat Yem Fabriki” isə 31 mart 2023-cü ildə yaradılıb, qanuni təmsilçisi Nicat Yusifov ağamurad oğludur.