"CPC" MMC -nin (VÖEN: 1301373341) nizamnamə kapitalı kəskin azaldılır.
FED.az xəbər verir ki, şirkətin fəaliyyəti dövründə yaranmış zərərin əvəzləşdirilməsi məqsədilə azaldılaraq nizamnamə kapitalı 16 milyon 894 min 150,68 manat məbləğində müəyyənləşdirilir.
Hazırkı nizamnamə kapitalı isə 80 milyon 571 min 56 manat təşkil edir. Bu da mövcud kapitalın 63 milyon 676 min 905 manat azaldılması deməkdir.
Bildirək ki, "CPC" MMC 22 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Mehdiyev İbrahim Rəfail oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva, ev.93 ünvanıdır.