“Buta Sığorta və Təkrar Sığorta Brokeri” QSC-nin səhmləri dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, şirkət təşkilati-hüquqi formasının Qapalı Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi barədə qərar qəbul olunduğundan ümumi dəyəri 2000 (iki min) manat, hər birinin nominal dəyəri 1 (bir) manat olan 2000 (iki min) ədəd adi, adlı səhmin dövriyyədən çıxarılmasını elan edir.
Qeyd edək ki, “Buta Sığorta və Təkrar Sığorta Brokeri” 12 aprel 2019-cu ildə dövlət qeydiyyatına alınıb və 2 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Əbülfəz Şıxı Müslüm oğludur.













