Prezident İlham Əliyev 26 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin verdiyi icazələrə sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin və aqroparkların rezidentlərinin qeydiyyat şəhadətnamələri də aid edilib.