Azərbaycanda reklam bazarı ciddi böyüməsə də, reklam üsulları və məhsulun təqdim etmə formaları artmaqdadır. Hələlik ən çox yayılan variant reklama tanınmış şəxslərin çəkilməsidir. FED.az reklam işlərində məşhurların çəkilməsi və müştərilərin onlara nə qədər inanıb-inanmamasını araşdırıb.
«Global ADS» reklam şirketinin satış meneceri Zəfər Quliyev və “AdMedia» Reklam Agentliyinin departament rəhbəri Ülvi Hüryanlı FED.az-a bildirib ki, reklama çəkilənlər arasında əhalinin inamı ən çox aktyorlaradır. Bunlardan daha çox Fəxrəddin Manafov, Allahverdi Yolçiyev, Arif Quliyev, Naibə Allahverdiyeva, Valeh Kərimov, Elməddin Cəfərov, Fərda Xudaverdiyev, İslam Mehreliyev, Müşfiq Şahverdiyev, Murad Dadaşovu qeyd etmək olar.
Şirkətlərdən FED.az-a verlən məlumata görə, reklam çəklişi üçün şəxslər seçiləndə tələbat nəzərə alınır: «Hər bir şirkətin öz imici və həmin imicə görə hədəf kütləsi var. Məsələn, reklam edilən məhsul elektronika mallarıdırsa, bunlara ən çox komediya aktyorları çəkilir».
Təqdim olunan məhsul binalar və yaşayış evləri olduqda isə daha çox ağır saylan hədəf kütləsinə ünvanlandığı üçün sanballı şəxslərə - Emin Musevi, Murad Dadaşov və s. kimi məhşurlara üstünlük verlir.
Məhşurların reklama çəkilmək qiymətləri isə fərqlidir. Bura həm fərdi razılışma şərtləri, həm reklamın həsr olunduğu məhsul və çəkiliş yeri, həm də şəxsin qrafiki təsir edə bilər.
Global ADS reklam şirketinin satış meniceri Zəfər Quliyevdən FED.az-a verlən məlumata görə, ümumilikdə reklama çəkilişinin qiyməti gündəlik olaraq 300 manatdan başlayaraq getdikcə artır.
Məsələn, xalq artislərindən Allahverdi Yolçiyev, Arif Quliyev, Naibə Allahverdiyeva, Valeh Kərimov aktyorlar gündəlik olaraq 300 manatdan çəkilirlər. Digər məhşurlardan Elməddin Cəfərov və Fərda Xudaverdiyevin reklam çəkiliş xərci 1000 manatdan başlayır. Aktyor Fəxrəddin Manafov üçün isə bu məbləğ gündə 1000 - 3000 manat arası dəyişir. Emin Musəvi, Bəhram Bağırzadə və Murad Dadaşov kimi tanınmışların reklam xərci isə bir neçə min manat arasindadır.
Məhşur müğənillərdən Röya Ayxan, Aygün Kazımova və Tünzalə Ağayevə və s. kimi şəxlərin reklama çəkilməsinin gündəlik xərci isə 5-15 min manatdır.
Azərbaycanda reklama çəkilən məhşurlar nə qədər qazanır? - MƏBLƏĞLƏR
16:23
12 Sen 2018