Azərbaycanda müflis elan edilmiş MTK-nin işi üzrə hazırlıq iclası keçiriləcək
FED.az xəbər verir ki, söhbət "Pərvin İnşaat" MTK-dan gedir.
Ərizəçi (borclu) " MTK-nın müflis elan edilməsi barədə ərizəsinə dair e-2-2(113)-2551/2025 №-li iş üzrə məhkəmənin hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində 01.04.2025-ci ildə saat 09:30-da hakim Kənan Hüseynovun sədrliyi ilə keçirəcək (iclas zalı 14).
Qeyd edək ki, bundan əvvəl Pərvin İnşaat MTK (VÖEN: 1300463881) ləğv olunduğunu elan etmişdi.
Qeyd edək ki, 3 dekabr 2004-cü ildə dövlət qeydiyyatına alınmış MTK-nın qanuni təmislçsi Şəmməd Hüseynov Gülməmməd oğludur.
Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 6, mənzil 165. ünvanıdır.