“Falkon.az” Məhdud Məsuliyyətli Cəmiyyətin Ümumi Yığıncağı 21.08.2023-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.
“Trendyol” Azərbaycanda - ŞİRKƏT YARADIB
FED.az xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1030, Bakı şəhəri Xətai rayonu, Babək PR, ev.10D, m.9 ünvana bildirə bilərlər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
Qeyd edək ki, “Falkon.az” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 30 manatdır və qanuni təmsilçisi Əsgər Qəribzadədir.