29 noyabr 2024-cü il saat 11.00-da “Bərdə İnşaat Sənaye” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bərdə şəhəri, Heydər Əliyev prospekti 122 nömrəli ünvanda baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Səhmdar cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
2. Mənfəət və zərərin bölüşdürülməsi.
3. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu – 050-403-99-58.
Ünvan– Bərdə şəhəri, Heydər Əliyev prospekti 122.