Azərbaycanda eyni şəxsə məxsus 4 şirkət ləğv olunur.
FED.az xəbər verir ki, ləğv edilən şirkətlər “Akunat-M”, “Reval Servis”, “Dorpat 2019” və “MN-19” MMC-lərdir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1002 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 9A, mənzil 105 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, 4 şirkətin hamısı 5 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Nurlan Məmmərəsulov Fazil oğludur.