Azərbaycanda eyni hüquqi ünvanda 3 şirkət ləğv olunur.
FED.az xəbər verir ki, bunlar "Pak Service" MMC (VÖEN: 4402572561), "FoodKit" MMC (VÖEN: 4402573351) və "Horeca Supply" MMC (VÖEN: 4402394411) şrikətləridir.
Kreditorlar iki ay ərzində tələblərini 3612 Qəbələ şəhəri, Qəbələ rayonu, Bunud kəndi ünvanına bildirə bilərlər.
Hər üç şirkətin qanuni təmsilçisi İzzət Ələskərli Əskər oğludur və 10 manat nizamnamə kapitalına malikdirlər.