"Green Mebel" MMC (VÖEN: 2008344671) nizamanmə kapitalını kəskin artırır.
FED.az xəbər verir ki, cəmiyətin nizamnamə kapitalı 10 (on) manatdan 96400 (doxsan altı min dörd yüz) manat təyin edilir.
Xatırladaq ki, fəaliyyətinin bir ayı tamam olmamış şirkət noyabrın 29-da yaradılıb. Qanuni təmsilçisi Nəriman Quliyev Teyyub oğludur.
Hüquqi ünvanı Az1027, Bakı şəhəri, Xətai rayonu Əhmədli ŞTQ, Məhəmməd Hadi ev 2944, m 0120-də yerləşir.