"Xaçmaz Kənd-Təchizat" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 7700170241) ləğv ediir.
FED.az xəbər verir ki, ASC "Pak-Nur" Firmasına (VÖEN:7700109741) qoşulduğunu və "Pak-Nur" Firması "Xaçmaz Kənd-Təchizat" Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edilərək "Pak-Nur" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.
Qeyd edək ki, "Xaçmaz Kənd-Təchizat" ASC 25 iyun 2004-cü ildə yaradılıb, 70 min 142 manat nizamnamə kapitalına malikdir. Hüquqi ünvanı AZ2700, Xaçmaz rayonu, Xaçmaz şəhəri, İ.Qayıbov, ev 1 ünvanıdır.
"Pak-Nur" Firması isə 3 sentyabr 1999-cu ildə yaradılıb, 20 manat nizamnamə kapitalına malikdir. Hüquqi ünvanı AZ2700, Xaçmaz rayonu, Xaçmaz şəhəri, Nəriman Nərimanov, ev 54 ünvanıdır.