Azərbaycanda tikinti şirkəti “Ucar tikinti-67” ASC ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ 6100 Ucar rayonu, Azərbaycan küçəsi, ev 15 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Ucar tikinti-67” ASC 5 dekabr 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət 62 min 056 manat nizamnamə kapitalına malikdir.
Qanuni təmsilçisi isə Usubov Sərkar Müzəffər oğludur.