"Kür Mehmanxanası" ASC (VÖEN: 2100018141) ləğv edilməsi ilə əlaqədar 443582 manat dəyərində, hər birinin nominal dəyəri 2 (iki) manat olan 221791 ədəd adlı, adi, sənədsiz səhm dövriyyədən çıxarıldığını elan edir.
FED.az xəbər verir ki, dövriyyədən çıxarılan səhmlərin mülkiyyətçilərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1.3-cü maddəsi ilə müəyyən edilən hüquqları vardır.
Qeyd edək ki, “Kür Mehmanxanası” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 443582 manatdır və qanuni təmsilçisi Ramiz Səmədovdur.