"Bakı Mexanizasiya Tikinti" Açıq Səhmdar Cəmiyyəti ləğv edilməsi ilə əlaqədar 39 min 334 manat dəyərində, hər birinin nominal dəyəri 2 (manat olan 19 min 667 ədəd adi adlı səhmin dövriyyədən çıxarıldığını elan edir.
FED.az xəbər verir ki, dövriyyədən çıxarılan səhmlərin mülkiyyətçilərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1.3-cü maddəsi ilə müəyyən edilən hüquqları vardır.
Bildirək ki, “Bakı Mexanizasiya Tikinti” ASC 22 yanvar 2003-cü ildə yaradılıb. Şirkət 39 min 334 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Mürsəl Rzayev Qəni oğludur.