"Azintourist Co LTD" şirkəti ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, şirkət bununla bağlı yanvarın 16-da ümumi yığıncaq keçirib.
Yığıncaqda hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.
Bildirilib ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1095, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, AZADLIQ PR., ev.1 ünvana bildirə bilərlər.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək
Qeyd edək ki, "Azintourist Co LTD"şirkəti 9 aprel 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Ağayev Aydın Cümşüd oğludur.