“AzRusTrans” QSC (VÖEN: 2003950691) ləğv edilir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu şirkət 6 sentybar 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 150 000 manat olan şirkətin qanuni təmsilçisi Heydərov Orxan Qasım oğludur.
Əlavə məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC və taxıl yüklərinin dəmir yolu ilə daşınması üzrə Rusiyanın iri operatoru “Rusaqrotrans” QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədi ilə “AzRusTrans” QSC birgə müəssisə yaradıb. Şirkət taxıl və taxta-şalban daşınması üçün vaqon parkına malik şirkətdir.