Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmir Yol Xəstəxanası (VÖEN: 1000506131) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1117 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi ünvanına bildirə bilərlər.
Bildirək ki, bu xəstəxana 20 dekabr 1996-cı ildə fəaliyyətə başlayıb. 7 milyon 857 min 335.93 manat nizamnamə kapitalına malik olan qurumun qanuni təmsilçisi Müşfiq Mirzəyev Həsən oğludur.