“İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
FED.AZ xəbər verir ki, kofransda Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, millət vəkilləri, İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov, Türkiyənin sabiq səfiri və “İMZA” İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.
İlk olaraq “İMZA” İctimai Birliyinin fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.
Çıxışlarda Azərbaycanın həyata keçirdiyi proqram və təşəbbüslərin dövlət strukturlarının gücləndirilməsinə, hüquq sisteminin təkmilləşdirilməsinə və vətəndaşların hüquqlarının qorunmasına xidmət etdiyi vurğulanıb. Təhsil, infrastruktur və sosial sahələrdə atılan addımların beynəlxalq hüquq və insan haqları prinsiplərinə uyğunluğu diqqətə çatdırılıb.
Konfrans həm milli, həm də beynəlxalq səviyyədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyi ilə bağlı geniş fikir mübadiləsinə şərait yaradıb.














