Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə aqrar sektorun inkişafına həsr olunmuş işgüzar səhər yeməyi təşkil olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı nazirinin müavinləri Seymur Səfərli və Zaur Əliyev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov, özəl sektor nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən türk sahibkarları və qeyri- hökumət təşkilatlarının nümayəndələri eləcə də Azərbaycan- Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə heyətinin üzvü İlqar Nuri və birliyin üzvləri iştirak ediblər.
60-a yaxın yerli və xarici şirkətin rəhbərlərinin iştirak etdiyi görüşdə dövlət-özəl əməkdaşlığı, aqrar sektordakı imkanlar və çağırışlar müzakirə olunub. Davos formatında keçirilən müzakirələr zamanı sahibkarlar problemlərini və təkliflərini birbaşa dövlət rəsmilərinə çatdırıblar.
Tədbirin sonunda isə yeni tərəfdaşlıqların qurulması məqsədilə B2B görüşlər təşkil edilib.






![ATİB sədri aqrar sektorun inkişafına həsr olunmuş görüşdə iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3787857.jpg)
![ATİB sədri aqrar sektorun inkişafına həsr olunmuş görüşdə iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2224163.jpg)
![ATİB sədri aqrar sektorun inkişafına həsr olunmuş görüşdə iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3421573.jpg)
![ATİB sədri aqrar sektorun inkişafına həsr olunmuş görüşdə iştirak edib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2330758.jpg)









