"Aqrolizinq" ASC-in səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib.
FED.az xəbər verir ki, "Aqrolizinq" ASC-in səhmdarlarının ümumi yığıncağı  9 aprel 2019-cu il saat 15:00-a təxirə salınıb.
Eləcə də bax: Fermerlərə texnika və heyvan satışı şərtləri dəyişdi – YENİ QAYDALAR
Qeyd edək ki, ümumi yığıncağın 20 dekabr 2018-ci ildə , yəni bu gün keçirilməsi nəzərdə tutulurdu.
Bununla yanaşı prezident İlham Əliyevin kənd təsərrüfatı ilə  bağlı 19 və 20 dekabr 2018-ci il tarixində imzaladığı fərman və sərəncamlar "Aqrolizinq"in fəaliyyətinin dəyişdirilməsinə səbəb olub.
Qurumun səlahiyyətlərinin bir hissəsi yeni yaradılan Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək.Servis mərəzlərini isə gələcəkdə özəlləşdirilməsi nəzrədə tutulur.
                                                    
                                                    
                    "Aqrolizinq"in səhmdarlarından - YENİ QƏRAR
 
                            
                            
                        
                            12:29
                            20 Dek 2018
                        
                        



 
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








