“Bildiyiniz kimi biz ölkəyə yatırılan investisiyaların 80 faizni təmsil edirik. Bu gün burada bizə üzv olan sahibkarların fikirlərini bolüşmək istəyirəm”. FED.az xəbər verir ki, bunu bu gün təşkil olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı Azərbaycanda Amerika Ticarət Palatasının icracı direktoru Natavan Məmmədova bildirib.
“Bizim üvzlərin yarısı Azərbaycan şirkətləridir. Buradakı verilmiş imkandan istifadə edərək təkliflərlə çıxış etmək istəyirəm” deyə Natavan Məmmədova bildirib.
“Xaricdən birbaşa investisiyaların cəlb olunması üçün bir çox inkişaf etməkdə olan olkələrdə xarici investorların məşvərət şurası adlı qurum var. Həmin şuralarda xarici nümayəndəlikləri özündə birləşdirən məşvərət şuraları var. Bu məşvərət şuralarına adətən baş nazir rəhbərlik edir. Çox istədik ki, Azərbaycanda da belə bir şura olsun” deyə AmCham rəsmisi bildirib.
Daha sonra Natavan Məmmədova qeyd edib ki, xarici investorlar Azərbaycanda Amerika ticarət Palatasına ölkədə Antiintisar və istehlak bazarına nəzarət dövlət agentliyinin işi ilə bağlı çoxlu suallar ünvanlandırırlar.
“Bu qurumun işləməyi xarici investorlar üçün çox önəmlidir. İş adamları bizdən belə qurumun olub-olmaması ilə bağlı çox müraciət edirlər. İstərdik ki, bu qurum aktiv şəkildə işə başlasın. Həmçinin rəqabət məcəlləsini də səbirsizliklə gözləyirik. – deyə Natavan Məmmədova bildirib.
Azərbaycanda Amerika ticarət Palatasının üçüncü təklif isə proqnozlaşdırılma ilə bağlı olub. Onun sözlərinə görə, investorları narahat edən əsas məsələlərdən biri də bazarın proqnozlaşdırılmasıdır.
“Vergi xəritələri olsaydı yaxşı olardı. Misal olaraq enerji tarifləri və ya hansısa bir vergi barədə yenilik 3-4 ay öncədən məlum olsa daha yaxşı olardı. Şahin müəllim sahibkarların adından sizdən xahiş edirəm ki, bu təklifləri nəzərə alasız “ - deyə Natavan Məmmədova çıxışı zamanı qeyd edib.