FED.az xəbər verir ki, "Altrenativenerji" MMC tender elan edir.
lot 1 - Qobustan Hibrid Elektrik Stansiyasında təmir, profilaktika və ölçü-sınaq işləri
lot 2 - 518 saylı 110/35/6 kV-luq yarımstansiyadan çıxan 2 dövrəli 6 kV-luq Ümid qəsəbə hava elektrik veriliş xəttindən budaqlanma yolu ilə Sahil Günəş Elektrik Stansiyasına 950 metr uzunluğunda 2 dövrəli 6 kV-luq elektrik veriliş xəttinin quraşdırılması işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29 (Əlaqələndirici şəxs :Məmmədova Tamila Kamal qızı, telefon :(012) 488-01-36 (daxili 124; 126)) ünvanından ala bilərlər .
Eləcə də bax : Mərkəzi Bank -Tender elanı
Eləcə də bax : "Aqrolizinq" ASC -Kotirovka sorğusu
İştirak haqqı
lot 1 - 400 manat
lot 2 - 200 manat
Hesab: | AZ20IBAZ38020019441852651204 |
VÖEN | 1701463051 |
Bank: | Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialı |
Kodu: | 805722 |
VÖEN: | 9900001881 |
M/H: | AZ03NABZ01350100000000002944 |
S.W.İ.F.T: | IBAZAZ2X |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: -tikinti quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya; -müəssisənin maddi texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat; -elektrik stansiyalarının təmiri və texniki xidməti sahəsində iş təcrübəsi olan müəssisələrə üstünlük veriləcəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-05-21 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-05-30 16:00qədər Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-05-31 16:00 tarixində Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI