Şükran günündən Kiber Bazar ertəsi gününə qədər 5 günlük tətil dövründə ABŞ-da alış-veriş edənlərin sayı rekord vuraraq 200,4 milyon nəfərə çatıb.
«Chanel»in sahibi İsveçrənin - ƏN ZƏNGİN ADAMIDIR
FED.az xəbər verir ki, ABŞ Milli Pərakəndə Satış Assosiasiyası (NRF) «Prosper Insights & Analytics» şirkəti ilə birgə Şükranlıq günü bayramı alış-verişi ilə bağlı keçirdiyi sorğunun nəticələri ilə bağlı açıqlama verib.
Azərbaycanlı məmurlara "Sərmayə yatırıb, qazanacaqsınız" deyib - 350 MİN DOLLARINI ƏLİNDƏN ALIBLAR
NRF-nin açıqlamasında, bildirilir ki, Şükran Günündən Kiber Bazar ertəsi gününə qədər 5 günlük tətil dövründə 200,4 milyon istehlakçı alış-veriş edib və ötənilki 196,7 milyonluq record qırılıb.
İstehlakçıların bayramda həm onlayn, həm də mağazadaxili kanallardan istifadə etdiyinə diqqət çəkən açıqlamada 121,4 milyon istehlakçının fiziki mağazalara baş çəkdiyi və bu rəqəmin keçən il 122,7 milyon olduğu qeyd edilib.
Açıqlamada, onlayn alış-veriş edənlərin sayının keçən il 130,2 milyondan bu il 134,2 milyona yüksəldiyi vurğulanıb.
Açıqlamada «Qara Cümə» gününün mağaza içi alış-veriş üçün ən populyar gün olma silsiləsini davam etdirdiyi və bu gün fiziki mağazaları ziyarət edənlərin sayının 76,2 milyona yüksəldiyi ifadə edildi.
Eyni zamanda «Qara Cümə» günü onlayn alış-veriş üçün də ən populyar gün olub – həmin gün təxminən 90,6 milyon istehlakçı onlayn alış-veriş edib. «Kiber Bazar» ertəsi onlayn alış-veriş edənlərin sayının bu il 73 milyona düşdüyü qeyd edilib.
Əsasən bayramla bağlı alış-veriş
Diqqətə çatdırılıb ki, Şükranlıq bayramı dövründə alıcıların ən çox alış-veriş etdikləri yerlər internet (44 faiz), market və supermarketlər (42 faiz), univermaqlar (40 faiz), geyim və aksesuar mağazaları (36 faiz) və elektronika mağazaları (29 faiz) olub. Açıqlamada bu dövrdə ən çox bayramla əlaqədar alış-veriş edildiyi vurğulanıb.
Bildirilirki, beş günlük müddət ərzində hədiyyələr üçün alış-veriş edənlər daha çox geyim və aksessuarlar, oyuncaqlar, hədiyyə kartları, kitablar və video oyunları almağa üstünlük veriblər. NRF bayram mövsümü adlandırdığı bu ilin noyabrın 1-dən dekabrın 31-dək 957.3 milyard dollardan 966.6 milyard dollara qədər dövriyyə gözləyir.