Xətai rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.
Eləcə də bax: Pozuntuya yol verən obyektlərin adları açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, Telnov küçəsində keçirilən müvafiq tədbirlərlə müəyyən olunub ki, “Legenda – Music Hall Lounge” restoran - musiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.
Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 46 müştəri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barələrində protokollar tərtib olunuraq, hər biri 200 manat. Obyektin icarədarı isə kobud inzibati qayda pozuntusuna yol verərək sanitar-karantin qaydalarını pozduğu üçün 6000 manat cərimə edilib.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı polis əməkdaşları tərəfindən zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
"qafqazinfo"