“Red Lake City 2025” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1309766321) “Red Lake City” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 1308366271) ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
“Red Lake City 2025” MMC 1 350 000 manat nizamnamə kapitalına malikdir.
“Red Lake City” MMC-nin nizamnamə kapitalı isə 2 000 manat təşkil edir.
Hər iki cəmiyyətin qanuni təmsilçisi Zamin Qədimov Ədalət oğludur.
Hüquqi ünvanı AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 64-dür.












