“Top Properties” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1405039331) yenidən təşkil olunur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət tərkibindən ayrılma nəticəsində “Top Properties Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edir.
Bildirək ki, “Top Properties” MMC 29 yanvar 2020-ci ildə yaradılıb. Nizamnamə kapitalı 150 milyon 294 min 352,5 manatdır. Qanuni təmsilçisi Vasi Məcnunov Əfi oğludur. Hüquqi ünvanı AZ1095, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BƏŞİR SƏFƏROĞLU, ev.166, m.36 ünvanıdır.










