Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
FED.az xəbər verir ki, AZPROMO-dan bildirilib ki, Rusiyanın “Kompleks Luç” şirkəti ölkəmizdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıqda maraqlıdır.
Eləcə də bax: "Rusiya mәhsullarımız üçün potensial bazar olsa da, bu bazarı - ƏLƏ KEÇİRƏ BİLMİRİK"
“Komleks Luç” ionlaşdırma vasitəsilə müxtəlif məhsulların, o cümlədən meyvə-tərəvəzin, ət məhsullarının, taxıl bitkilərinin saxlanma müddətinin artırılmasını təmin edən, eləcə də tibbi avadanlıqların və ləvazimatların sanitariya-gigiyena tələblərinə uyğun saxlanılması üçün patogen bakteriyaların məhv edilməsini həyata keçirən komplekslərin təchizatı ilə bağlı təkliflər edir.
Azərtac