Azərbaycanda fermer sığortaçı axtarır.
FED.az xəbər verir ki, Zaqatalanın Aşağı tala kənd sakini Abid Ağa saxladığı cücələri sığortalayacaq sığorta şirkəti tapa bilmir.
Eləcə də bax: «Harda ucuz toyuq var, alıb gətirirlər, bacara bilmirik» - İŞ ADAMI
Abid Ağanın FED.az-a verdiyi məlumata görə, “Paşa Sığorta” şirkətinə müraciət edib. Lakin şirkətdən heç bir cavab ala bilməyib.
Fermerin sözlərinə görə, 10 min cücəsi var. Onun bundan öncə saxladığı 10 min cücədən 2 mini tələf olduğundan bu dəfə maksimum dərəcədə itkilərini qarşılamaq istəyir. Təsərrüfat sahibi sığorta şirkətinə 500 manat verə biləcəyini bildirir.
Fermerin sözlərinə görə, cücələr 3 ay ərzində böyüdülüb satışa çaxarılır.