Azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti mart ayında Belqoroda səfər edəcək.
Eləcə də bax: Sahibkarlar Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştiraka - DƏVƏT OLUNUR
FED.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Azərbaycanın ağır, qida və yüngül sənaye sahələrinin nümayəndələri daxil olacaq.
Görüş martın 5-də keçiriləcək.
Tədbir "Belqorod vilayətinin ixracyönümlü kiçik və orta sahibkarlıq subyektlərinə dəstək üzrə Koordinasiya Mərkəzi" muxtar qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçirilir. Proqrama Belqorod iş adamları ilə işgüzar görüşlər və istehsalat sahələrinə səfərlər daxildir.
Qeyd olunur ki, azərbaycanlı iş adamları məhsul və avadanlıqların birbaşa tədarükü haqqında müqavilələr bağlamağı planlaşdırırlar.
İnterfaks